Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Suraxanı rayonunda “Teatr, təhsil və mənəviyyatımız” layihəsini gerçəkləşdirib

Gənc Tamaşaçılar Teatrı Suraxanı rayonunda “Teatr, təhsil və mənəviyyatımız” layihəsini gerçəkləşdirib
# 22 oktyabr 2009 01:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Suraxanı rayon məktəblilərinin “Teatr, təhsil və mənəviyyatımız” birgə layihəsi gerçəkləşib.

Teatrdan APA-ya verilən məlumata görə, layihənin rəhbəri, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov, müəllifləri Rafiq Rəhimli və Nigar Əzimovdur. Layihənin gerçəkləşməsində məqsəd teatrla məktəbin bir-birinə yaxınlaşması, gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayan, onların vətənpərvərlik, sədaqət ruhunda tərbiyə edən teatr tamaşalarına cəlb etməkdir. Layihə Suraxanı rayonundakı 87 saylı orta məktəbə baş tutub. Tədbirdə teatrın ədəbi-hissəsinin rəhbəri Rafiq Rəhimli, xalq artisti Ağaxan Salmanlı “Teatr, məktəb, ailə” mövzusunda çıxış ediblər. Məktəbin müəllim kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrını məktəblilər üçün tərbiyə ocağı hesab etdikləri və belə bir layihəni dəstəklədiklərini bildiriblər.

Tədbirdə teatrın repertuarı barədə də geniş söhbət açılıb. Sonra cari repertuarda olan A.Şaiqin “Tıq-tıq xanım”, S.S.Axundovun və A.Şaiqin “Qaraca qız”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşalarından parçalar oynanılıb. Əməkdar artistlər Lətifə Əliyeva və Naibə Allahverdiyeva Səməd Vurğunun “Ananın öyüdü”, Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirlərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR