Bank Of Baku

Müslüm Maqomayevin qəbirüstü abidəsinin açılışı keçirilib – FOTOSESSIYA

Müslüm Maqomayevin qəbirüstü abidəsinin açılışı keçirilib – <font color=red>FOTOSESSIYA </font>
# 22 oktyabr 2009 14:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycanın dünya şöhrətli ifaçısı Müslüm Maqomayevin vəfatının ildönümü ilə əlaqədar qəbirüstü abidəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, abidənin açılışında UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, baş nazirin müavini Elçin Əfəndiyev, Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya, qızı Marina, Rusiya Dövlət Dumasının sədrinin müavini Lyubov Sliska, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, eləcə də Azərbaycanın və Rusiyanın dövlət məmurları, tanınmış mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.
Ziyarətçilər Müslüm Maqomayevin, onun babası bəstəkar Müslüm Maqomayevin məzarlarına əklillər qoyublar.
Qəbirüstü abidənin açılış mərasimində baş nazirin müavini Elçin Əfəndiyev çıxış edərək, Müslüm Maqomayev yaradıcılığından danışıb. E. Əfəndiyev sənətkarın vəfatından artıq bir il keçdiyini qeyd edib və bildirib ki, Müslüm Maqomayev ömürlük hər bir insanın qəlbində yaşayacaq.

Xalq artisti, bəstəkar Arif Məlikov, rejissor Eldar Quliyev, Rusiya Dövlət Duması sədrinin müavini Lyubov Sliska Müslüm Maqomayevin əvəzolunmaz sənətkar olduğunu vurğulayıblar.

Sənətkarın qəbirüstü abidəsinin müəllifi heykəltəraş Ömər Eldarov Müslüm Maqomayevin abidəsini 6 ay müddətinə hazırladığını qeyd edib: “Müslüm Maqomayevin obrazını yaratmaq mənə həvalə olunması böyük şərəfdir. Buna görə mən hamıya minnətdaram. Mənim 82 yaşım var və düşünürəm ki, bu mənim son işlərimdən biridir. Müslüm Maqomayevin xanımı Tamara xanımla qərara gəldik ki, onu ifa etdiyi şəkildə əks edək. Onu həm dinamik, hm güclü, eyni vaxtda da gözəl təqdim etməyə çalışmışam”.
Ö. Eldarov qeyd edib ki, Müslüm Maqomayevin qəbirüstü abidəsi ağ mərmərdən hazırlanıb. Abidənin hündürlüyü üç metrdir.
Hazırda Müslüm Maqomayevin anım tədbiri “ParK İnn” otelində davam etdirilir.
Sənətkarın vəfatı günü, yəni oktyabrın 25-də onun vəfatının ildönümü ilə əlaqədar Moskvada silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Sənətkarın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR