Bank Of Baku

“Yuğ” Teatrının kollektivi fəaliyyətini müvəqqəti dayandırıb

“Yuğ” Teatrının kollektivi fəaliyyətini müvəqqəti dayandırıb
# 22 oktyabr 2009 10:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət “Yuğ” Teatrının kollektivi fəaliyyətini müvəqqəti dayandırıb. Teatrdan APA-ya verilən məlumata görə, iki aya yaxındır ki, teatrın binasında təmir işləri aparılır.

Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təmir işləri noyabrın əvvəllərində başa çatdırılacaq. Əsaslı təmir olunan teatrın binasının formasında dəyişiklik edilməyəcək. Təmir zamanı teatrın döşəməsi, tavanı, işıq sistemi yenilənib. Təmirdən sonra fəaliyyətini bərpa edəcək teatrın kollektivi yeni silsilə tamaşalar hazırlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR