Bank Of Baku

Fidan Hacıyevanın iki yeni veb-saytı hazırlanır

Fidan Hacıyevanın iki yeni veb-saytı hazırlanır
# 23 oktyabr 2009 09:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyevanın iki yeni veb-saytı hazırlanır. Layihənin rəhbəri və PR meneceri Elnur İslamov APA-ya bildirib ki, saytlar sənətçinin yaradıcılıq fəaliyyətinə həsr olunub. www.FidanHaciyeva.com və www.klassika.az internet ünvanlarında Fidan Hacıyevanın tərcümeyi-halı, mükafat və nailiyyətləri, yeni layihələri, solo konsert və tamaşalarla bağlı elan və anonslar yer alıb. Bununla bərabər, Fidan Hacıyevanın veb-saytında həmçinin xüsusi fotoqalereya yaradılır. E. İslamov qeyd edib ki, sənətçinin pərəstişkarları üçün klassik musiqi və mədəniyyət sahəsi ilə bağlı mövzularla bağlı forumların təşkil olunması nəzərdə tutulur. Saytda klassik musiqini sevənlər üçün xüsusi video qalereya bölməsi fəaliyyət göstərəcək ki, bu bölmədə F. Hacıyevanın ifasında müxtəlif operalardan fraqmentlər yerləşdiriləcək. Hər iki veb-saytda məktub vasitəsi ilə arzu və təkliflərin bildirilməsi də mümkün olacaq.
F. Hacıyeva APA-ya bildirib ki, saytlar hazır olduqdan sonra yerli media mənsubları üçün təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur: “Hər iki saytın dizaynı çox ürəyimcədir. Əsas odur ki, saytlarda tamaşaçıları yoracaq heç bir məqam yoxdur. Güman edirəm ki, yaxın müddətdə artıq bu veb-saytlarımı izləyicilərə təqdim edə biləcəyəm. İstifadə müddəti isə ömürlük olacaq, saytın fəaliyyətinin dayandırılmasına imkan verməyəcəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR