Bank Of Baku

Finlandiyada yaşayan azərbaycanlı rejissor Rus Dram Teatrında xalq yazıçısı Elçinin “Cəhənnəmin kirayəçiləri” əsərini səhnələşdirilir

Finlandiyada yaşayan azərbaycanlı rejissor Rus Dram Teatrında xalq yazıçısı Elçinin “Cəhənnəmin kirayəçiləri” əsərini səhnələşdirilir
# 23 oktyabr 2009 13:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Finlandiyada yaşayan azərbaycanlı rejissor Kamran Şahmərdan Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında xalq yazıçısı Elçinin “Cəhənnəmin kirayəçiləri” əsərini səhnələşdirir. Bu barədə APA-ya Kamran Şahmərdan məlumat verib. O bildirib ki, tamaşanın quruluşçu rəssamı Rusiyadan dəvət olunmuş Tatyana Tarakanova, bəstəkarı finlandiyalı Elik Tompinendir. Tamaşanın əsas rollarını Azərbaycanın xalq artistləri Yuri Bariyev, Tofiq Mirzəhəsənov və əməkdar artist Mələk Abbaszadə canlandıracaq. Tamaşanın rejissoru bildirib ki, hazırda ciddi-cəhdlə səhnə əsərinin məşqləri gedir. K. Şahmərdanın bildirdiyinə görə, Rusiya və Finlandiya mütəxəssislərinin də cəlb olunduğu tamaşa ölkələrarası bir tamaşa hesab olunur. Bu Finlandiyada yaşayan azərbaycanlı rejissoru Azərbaycan teatrlarında hazırladığı beşinci tamaşadır.
K. Şahmərdanın sözlərinə görə, tamaşanın dekabrın 18-ə qədər artıq təhvil verilməsi nəzərdə tutulur. Tamaşadan dərhal sonra isə azərbaycanlı rejissor Finlandiyaya qayıdacaq.

K. Şahmərdanın Azərbaycan və Finlandiya ilə yanaşı, Almaniya, Avstriya, Estoniya teatrlarında da tamaşalar hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR