Bank Of Baku

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının konserti keçiriləcək

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının konserti keçiriləcək
# 23 oktyabr 2009 15:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında “Gəncləşən muğam” adı altında gənc muğam ifaçılarının konserti keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, noyabrın 8-də keçiriləcək konsert proqramı Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında baş tutacaq. Konsertdə muğam ifaçısı Mənsum İbrahimovun tələbələri çıxış edəcək. Üç saat davam edəcək proqram çərçivəsində əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Elməddin İbrahimov, Aida Əliyeva, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Oksana Aslanova, Sabir Həsənov, Ülviyyə Rəhimova, Anar Məmmədov, Şaiq İbayev, Arzu Əliyeva, Kənan Hüseynov, Elşad Aydınoğlu, Günay İmamverdiyeva, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Aytən Məmmədova, Malik Həsənovun ifasında Azərbaycanın xalq mahnıları, muğamları səslənəcək. Gənc xanəndələri tarda Rövşən Qurbanov, Rəşad İbrahimov, Ədalət Behbudov, Altay Niftəliyev, kamançada Elnur Mikayılov, Təbriz Yusifov, Pərviz Behbudov, Araz Ağaverdiyev və instrumental ansambl müşayiət edəcək. Konsertin aparıcısı əməkdar artist Azad Şükürovdur. Konsertin biletlərinin qiyməti 5-20 manat arasındadır. “Gəncləşən muğam” konsertinin biletləri sabahdan, yəni oktyabrın 24-dən sarayın və mərkəzi kassalarda satışa çıxarılacaq. Konsert saat 19:00-da başlanacaq.

Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək “Gəncləşən muğam” konsertinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə, www.ha-saray.az və www.bakusearch.az.com saytlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR