Bank Of Baku

“Şərur” xalq yallı ansamblı Türkiyədə keçirilən “Ceviz” festivalından qayıdıb

“Şərur” xalq yallı ansamblı Türkiyədə keçirilən “Ceviz” festivalından qayıdıb
# 24 oktyabr 2009 20:17 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Türkiyənin Xalq Rəqsləri Kollektivinin dəvəti ilə Türkiyəyə səfər edən “Şərur” xalq yallı ansamblı Naxçıvana qayıdıb. Şərur rayon Mədəniyyət şöbəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, ansambl Türkiyənin Bitlis, Ərzincan və Çorum şəhərlərində keçirilən “Ceviz” festivalında ölkəmizi təmsil edib. Bu şəhərlərdə keçirilən xalq oyun və rəqsləri festivalında ölkəmizi layiqli təmsil edən “Şərur” Xalq Yallı Ansamblının kollektivi uğurlu çıxışına görə diplom və fəxri fərmanlarla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR