Bank Of Baku

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibəti ilə layihələrə start verib

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibəti ilə layihələrə start verib
# 26 oktyabr 2009 08:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi münasibəti ilə nəzərdə tutulan layihələrə start verilib. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, ilk tədbirlər sırasında “Afaq üç gün sizinlə” layihəsi daha çox marağa səbəb olacaq. Noyabrın 6-sı, 7-si və 8-də gülüş ustası, Azərbaycanın xalq artisti Afaq Bəşirqızı ilə görüşlər keçiriləcək. Həmin günlər Cavanşir Quliyev və Əli Əmirlinin “Yeddi məhbusə anası”, Faiq Sücəddinov və Tamara Vəliyevanın “Mən dəyərəm min cavana”, Sərdar Fərəcov və Əziz Nesinin “Şəhərdə manyak var” tamaşaları göstəriləcək. Tamaşalarda eyni zamanda xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Valeh Kərimov, əməkdar artistlər Xanım Qafarova, Elçin Həmidov, Əkbər Əlizadə və başqa aktyorlar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR