Bank Of Baku

Xalq artisti İlham Namiq Kamalın 60 illik yubileyi keçiriləcək

Xalq artisti İlham Namiq Kamalın 60 illik yubileyi keçiriləcək
# 26 oktyabr 2009 08:58 (UTC +04:00)
Bakı Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100 illik yubileyi münasibəti ilə teatrın aktyoru, xalq artisti, professor İlham Namiq Kamalın 60 illik yubileyi keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aktyorun yubiley tədbiri noyabrın 11-də olacaq. Yubiley gecəsində xalq artistləri Yaşar Nurinin, Arif Quliyevin, Valeh Kərimovun, Telman Adıgözəlovun, Firəngiz Mütəllimovanın, Zemfira Nərimanovanın, Hacı İsmayılovun, Nuriyyə Əhmədovanın, əməkdar artistlər Cəfər Namiq Kamalın, Xanım Qafarovanın, Əkbər Əlizadənin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR