Bank Of Baku

Belarusun xalq artistləri Bakıda “Qu gölü” baletində baş rolda çıxış ediblər

Belarusun xalq artistləri Bakıda “Qu gölü” baletində  baş rolda çıxış ediblər
# 26 oktyabr 2009 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P. Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, tamaşada əsas rollarda Belarus Akademik Böyük Teatrının solistləri, Belarusun xalq artistləri, beynəlxalq müsabiqələr laureatları Olqa Qayko və İqor Artamanov çıxış ediblər. Tamaşa anşlaqla baş tutub. Əsas partiyaların ifaçılarının professional çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Tamaşadan sonra Olqa Qayko bildirib ki, işlədiyi teatrın bir sıra aparıcı solistləri dəfələrlə Bakıda olub və bu səhnədə çıxış ediblər: “Onlar hər zaman bu teatr haqqında yüksək fikirlər söyləyirdilər. Bu gün mən və tərəf müqabilim Artamonov buna bir daha əmin olduq. Sizin çox gözəl balet truppanız, orkestr və dirijorunuz var. Bu tamaşada çıxış etməkdən çox böyük zövq aldıq. Tamaşaçı alqışları bizə daha çox ilham verdi və ruhlandırırdı”.

Teatrın direktoru Akif Məlikov qastrol səfərinin yüksək səviyyədə təşkilinə görə, qonaqlara təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR