Bank Of Baku

Müslüm Maqomayevin xatirəsi İsraildə yad edilib

Müslüm Maqomayevin xatirəsi İsraildə yad edilib
# 26 oktyabr 2009 13:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İsrailin Ber-Şeva şəhərində dünya şöhrətli Azərbaycan sənətkarı Müslüm Maqomayevin xatirə gecəsi keçirilib. «İsrail-Azərbaycan» Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın APA-ya verdiyi məlumata görə, tədbirin təşəbbüskarı və rejissoru Azərbaycanın Dövlət Mükafatı laureatı, uzun illər Azərbaycan Televiziyasında rus redaksiyasına rəhbərlik etmiş Nina Yarovaya olub. Tədbirin keçirilməsinə Absorbsiya Nazirliyi və minlərlə keçmiş Azərbaycan vətəndaşının yaşadığı Ber-Şeva bələdiyyəsi dəstək veriblər.
M. Maqomayevi şəxsən tanıyan N. Yarovaya bir zamanlar gənc, amma çox ümidverici Maqomayev haqqında çəkdiyi «Yeni görüşlərə kimi, Müslüm» sənədli film barədə danışıb.

Tədbirdə Azərbaycan və Rusiyanın danınmış incəsənət xadimləri – Tofiq Mirzəyev, Teymur Mirzəyev, Mixail Parxomovskiy çıxış ediblər. Görüş iştirakçıları M. Maqomayevin ifasında bir neçə əsər, o cümlədən «Azərbaycan» və bəstəkarın sonuncu əsəri olan «Əlvida Bakı, səni bir daha görməyəcəm...» mahnısını dinləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR