Bank Of Baku

Türkiyəli rejissor Qasım Gültəkin öz maddi vəsaiti hesabına Xocalı soyqırımına həsr olunmuş bədii film çəkir

Türkiyəli rejissor Qasım Gültəkin öz maddi vəsaiti hesabına Xocalı soyqırımına həsr olunmuş bədii film çəkir
# 27 oktyabr 2009 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xocalı faciəsi ilə bağlı yeni bədii film çəkiləcək və bu film dünyanın bir çox ölkələrində yayımlanacaq. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında çıxış edən İdeal Barış Təbliği Fondunun Türkiyə üzrə rəhbəri Qasım Gültəkin bildirib ki, artıq filmin ssenarisi tam hazırdır və gələn ilin ilk ayından etibarən filmin çəkilişlərinə başlanılması nəzərdə tutulur. Həm filmin ssenari müəllifi, həm də quruluşu rejissoru olan Qasım Gültəkin bu film üçün Azərbaycan dövlətindən mənəvi dəstək istədiklərini vurğulayıb: “Biz maddi olaraq bu filmin çəkilişini təşkil edəcəyik. Film üçün 300 min manatı özüm, 150 min manatı isə əslən iranlı olan və Kanadada yaşayan ortağım qoyacaq. Azərbaycan dövlətindən, yəni Mədəniyyət və Turizm Nazirliyindən bu filmin çəkilişləri üçün mənəvi dəstək istəyirik. Yəni filmin çəkilişi üçün bizə texniki avadanlıq, bəzi səhnələrin çəkilişi üçün lazımi silahlar, vertolyot, tank lazımdır. Eyni zamanda üç ay müddətində filmin çəkiliş heyətinin qalmaq üçün yer və qida ilə təmin olunmasını istəyirik. Mədəniyyət və Turizm Nazirliyi bizə dəstək verməsə də, artıq bu yoldan dönüş yoxdur”.

Qasım Gültəkinin sözlərinə görə, filmin çəkilişləri Türkiyə və Azərbaycanda aparılacaq. Filmdə səkkiz baş rol ifaçısı olacaq, bunlardan biri kanadalı, biri hollandiyalı, biri isveçrəli, ikisi azərbaycanlı, ikisi türkdür. Rejissorun sözlərinə görə, səkkiz baş rol ifaçısı seçilməsi Azərbaycanın bayrağındakı ulduzun səkkiz guşəli olması ilə əlaqədardır. Lakin hələlik azərbaycanlı aktyorların kimliyi məlum deyil və rejissor bu səfəri müddətində filmin bütün yaradıcı heyətinin dəqiqləşəcəyini vurğulayıb: “17 ildir hər il fevralın 26-da bu gün anılır. Ancaq bir gün sonra hər birimiz yenidən normal həyatımıza davam edirik. Bu faciənin 40 ildən sonra da qeyd olunub – olunmayacağın heç birimiz deyə bilmərik. Bu dəhşətli faciəni dünya ictimaiyyətinə tanıtmaq məqsədi ilə bu filmi çəkmək qərarına gəlmişik. Artıq Hollivudda fəaliyyət göstərən film şirkəti ilə danışıqlarımız olub və həmin film şirkəti bu filmin Hollivuddan başlayaraq bir çox ölkələrdə nümayişini həyata keçirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR