Bank Of Baku

II Beynəlxalq Kino Məktəbində Azərbaycanı rejissorlar Murad Muradov, Nəcəf Quliyev və dramaturq Nərgiz Bağırzadə təmsil edəcəklər

II Beynəlxalq Kino Məktəbində Azərbaycanı rejissorlar Murad Muradov, Nəcəf Quliyev və dramaturq Nərgiz Bağırzadə təmsil edəcəklər
# 28 oktyabr 2009 13:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. MDB və Baltikyani ölkələrdən olan gənc kinematoqrafçılar II Beynəlxalq Kino Məktəbində iştirak edəcəklər. APA-nın məlumatına görə, tədbirdə 12 ölkədən olan gənc kinematoqrafçılar qatılacaq. Noyabrın 1-də Rusiyanın Dövlət Film Fondunda Kino Məktəbin təntənəli açılışı keçiriləcək. Tədbirə 13 ölkədən 40 gənc kinodramaturq, rejissor və operatorun qatılacağı gözlənilir. 10 gün davam edəcək Kino Məktəb çərçivəsində rejissorluq, oyun və qeyri-oyun kino dramaturgiyası üzrə ekspress kurslar, Avrasiya kino sənətçilərinin mövzular üzrə master-klasslar təşkil olunacaq.

Gənc kinematoqrafçılar üçün təlimləri kino ustaları Rüstəm İbrahimbəyov, Vladimir Klimov, Nikolay Lebedov, Valeriy Rubinçik, Larisa Sadilova, Aleksey Qerman, İqor Klebanov, Sergey Lavrentev, Marina Razbeşkina, Leonid Yarmolnik, Natalya Ryazançeva, Pavel Finn və başqaları keçəcəklər. Beynəlxalq Kino Məktəbdə Azərbaycanı kinorejissorlar Murad Muradov, Nəcəf Quliyev, dramaturq Nərgiz Bağırzadə təmsil edəcəklər. Beynəlxalq Kino Məktəbin rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov bildirib ki, bu tədbir gənc kinematoqrafçıları görüş yerinə çevrilir: “Hazırda MDB-nin bir çox ölkədə öz kino məktəbi var. Ancaq bunlar bir-biri ilə pərakəndə fəaliyyət göstərirlər. Bizim kino məktəb tam təlim kursu olmağa iddialı deyil, amma hələlik ümumi ünsiyyət dili (rus dili) olan gənc kinematoqrafçıların bir-biri ilə tanış olmaq üçün məkan olmalıdır”.

Qeyd edək ki, Beynəlxalq Kino Məktəb Rusiyanın Kinematoqrafçılar İttifaqı Konfederasiyası və Dövlət Film Fondu tərəfindən MDB Ölkələrinin Humanitar Əməkdaşlıq Dövlətlərarası Fondunun dəstəyi ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR