Bank Of Baku

Orxan Fikrətoğlunun hekayəsinin motivləri əsasında “3 rəng” adlı qısametrajlı bədii film çəkilib

Orxan Fikrətoğlunun hekayəsinin motivləri əsasında “3 rəng” adlı qısametrajlı bədii film çəkilib
# 29 oktyabr 2009 08:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Ritm production” kino şirkəti tərəfindən Orxan Fikrətoğlunun hekayəsinin motivləri əsasında “3 rəng” adlı qısametrajlı bədii film çəkilib. “Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimovun APA-ya verdiyi məlumata görə, film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Novruz Hikmətin rejissorluğu ilə çəkilib. Hazırda filmin təqdimat mərasimi və beynəlxalq festivallara göndərilməsi üçün hazırlıq işləri görülür. Filmdə bəşəriyyətin özünün özünə gətirdiyi bədbəxtliklərdən və buna etirazdan bəhs olunur. Baş rollarda Rasim Cəfərov, Alla Sirovkina və Nazim Şah çəkiliblər. Filmin prodüseri Xaqani Həşimov, bədii rəhbəri Elçin Musaoğlu, quruluşçu operatoru Elxan Rüstəmov, montaj rejissoru Əsgər Rəhimov, musiqilərin müəllifi “H.O.S.T instrumental band”dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR