Bank Of Baku

Bakıda Rusiyanın əməkdar artisti Emin Babayevin konserti keçiriləcək

Bakıda Rusiyanın əməkdar artisti Emin Babayevin konserti keçiriləcək
# 29 oktyabr 2009 09:26 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Noyabrın 4-də Rəşid Behbudov adına Mahnı Teatrında Rusiyanın əməkdar artisti, populyar estrada müğənnisi Emin Babayevin konserti keçiriləcək. Rusiya Mədəniyyət və İnformasiya Mərkəzindən (RMİM) APA-ya verilən məlumata görə, konsert Rusiyanın dövlət bayramı Milli Birlik Gününə həsr olunub. Konserti Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə «Rossotrudniçestvo»nun Azərbaycandakı nümayəndəliyi və RMİM təşkil ediblər.

Emin Babayev 1976-cı ildə Bakıda rəssam ailəsində anadan olub, Ü. Hacıbəyov adına Azərbaycan Musiqi Akademiyasının skripka sinifini bitirib. Təhsil almaqla paralel olaraq Mahnı Teatrında solist-vokalist kimi çalışıb. Sonradan o, Moskvada “Moskonsert”də çalışmağa başlayıb, 1993-cu ildə Rusiyanın əməkdar artisti fəxri adını alıb. Onun repertuarına dünya xalqlarının mahnıları, retro mahnılar, müasir bəstəkarların əsərləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR