Bank Of Baku

Kinematoqrafçılar İttifaqının katibliyi AZTV yanında vahid mərkəzləşdirilmiş dublyaj studiyası yaratmağı təklif edib

Kinematoqrafçılar İttifaqının katibliyi AZTV yanında vahid mərkəzləşdirilmiş dublyaj studiyası yaratmağı təklif edib
# 29 oktyabr 2009 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinə bir sıra layihələrin gerçəkləşdirilməsi ilə bağlı məktub ünvanlayıb. İttifaqdan verilən məlumata görə, bu sıraya insanların sosial həyatını və məişətini əks etdirən müasir televiziya filmlərinin və lirik teleserialların çəkilməsi də daxildir. Kinematoqrafçılar İttifaqı eyni zamanda Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti yanında vahid mərkəzləşdirilmiş dublyaj studiyası yaratmağı təklif edib. Bu təklif həyata keçirilsə, telekanallar bu və ya digər filmin (televerilişin) dublyajını sifariş edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR