Bank Of Baku

Azərbaycan Dövlət Kamera Orkestri Sumqayıtda konsert verib

Azərbaycan Dövlət Kamera Orkestri Sumqayıtda konsert verib
# 29 oktyabr 2009 16:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sumqayıt şəhər S.Vurğun adına Mədəniyyət Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Bülbül adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyəti ilə birgə konsert proqramı ilə çıxış edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində keçirilmiş konsertdə klassik Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib. Proqramda Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, C.Cahangirov və digər bəstəkarların əsərləri, Bülbül adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda çıxış edən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, xalq artisti Teymur Göyçayev tamaşaçılara təşəkkürünü bildirib, şəhərin 60 illik yubileyi münasibətilə sumqayıtlıları təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR