Bank Of Baku

Sankt-Peterburqda keçiriləcək XII “Deboşir” Beynəlxalq Film Festivalında Azərbaycan da təmsil olunacaq

Sankt-Peterburqda keçiriləcək XII “Deboşir” Beynəlxalq Film Festivalında Azərbaycan da təmsil olunacaq
# 30 oktyabr 2009 13:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 18-22 noyabr tarixlərində Sankt-Peterburqda keçiriləcək XII “Deboşir” Beynəlxalq Film Festivalı keçiriləcək. APA-nın festivalın rəsmi internet saytına istinadən xəbərinə görə, festivalda Azərbaycan da təmsil olunacaq. Belə ki, beynəlxalq layihənin əsas müsabiqə proqramına Azərbaycandan bir neçə film salınıb. Müsabiqənin bədii filmlər üzrə nominasiyasında ölkəmizi Şamil Nəcəfzadənin rejissorluğu ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qala” filmi,
qısametrajlı sənədli filmlər üzrə isə rejissor Tahir Əliyevin çəkdiyi Az.TV-nin istehsalı olan “Səhra gülü” filmi iştirak edəcək.

Festivalda Azərbaycan filmləri ilə yanaşı, ABŞ, Avstriya, Çin, Rusiya, Ukrayna, Macarıstan, Rumıniya, İtaliya və digər ölkələrin filmləri təmsil olunacaq. Ümumilikdə festivalın müsabiqəsində 200-dən artıq film mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR