Bank Of Baku

Azərbaycanın tanınmış kinooperatoru Xan Babayevin 90 illik yubiley tədbiri keçirilib

Azərbaycanın tanınmış kinooperatoru Xan Babayevin 90 illik yubiley tədbiri keçirilib
# 30 oktyabr 2009 15:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın tanınmış kinooperatoru Xan Babayevin 90 illik yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən yubiley mərasimində Xan Babayevin operator olduğu filmlər nümayiş etdirilib. Tədbirdə çıxış edən kinoşünas Aydın Kazımzadə Xan Babayevin həyat və yaradıcılığı barədə danışıb. O bildirib ki, Xan Babayev 1937-ci ildə Politexnik İnstitutunu, 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini - B. Volçekin emalatxanasını bitirib. Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, mərhum kinooperator “Yenilməz batalyon”, “Yeni həyat yaradıcılığı”, “Böyük dayaq”, “Qara daşlar”, “Ögey ana”, “Bakının işıqları” kimi məşhur filmlərin operatoru olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR