Bank Of Baku

“Arşın mal alan”ın “Əsgər bəy”i Sankt-Peterburqa dəvət alıb

“Arşın mal alan”ın “Əsgər bəy”i Sankt-Peterburqa dəvət alıb
# 31 oktyabr 2009 02:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümünün ilk tamaşası olan Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının qəhrəmanı Əsgər bəy – Fərid Əliyev noyabrın 22-də Sankt-Peterburqa yola düşəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparıcı solist Sankt-Peterburqda İrina Boqaçovanın “Art-Peterburq” İctimai Fondunun keçirdiyi vokalçıların lV Beynəlxalq “Sankt-Peterburq” müsabiqəsində iştirak edəcək. Musiqili Komediya Teatrının rəhbərliyinə bu barədə göndərilən dəvətdə Fərid Əliyevin artıq ilk seçim turundan keçdiyi bildirilir.

Qeyd edək ki, Fərid Əliyev 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. İşlədiyi müddət ərzində həm rus, həm də Azərbaycan bölmələrində tamaşaya qoyulan “Şən dul qadın” (F.Leqar), “Maritsa” (İ.Kalman), “Silva” (İ.Kalman), “Çılğın Qaskoniyalı” (Q.Qarayev), “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov), “Volqalı canan” (R.Mustafayev, C.Məmmədov), “Aldın payını, çağır dayını” (V.Adıgözəlov, Anar), “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) kimi tamaşalarda əsas partiyaları ifa edərək yaddaqalan obrazlar silsiləsi yaradıb. Onun teatrda son işi Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasında Əsgər bəy obrazıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR