Bank Of Baku

Fəxrəddin Manafov 12 seriyalı filmin çəkilişlərində iştirak etmək üçün Hindistana gedəcək

Fəxrəddin Manafov 12 seriyalı filmin çəkilişlərində iştirak etmək üçün Hindistana gedəcək
# 02 noyabr 2009 13:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Fəxrəddin Manafov Hindistana səfər edəcək. Bu barədə APA-ya məlumat verən tanınmış aktyor bildirib ki, səfərin məqsədi Hindistanda 12 seriyalı filmin çəkilişlərində iştirak etməkdir. Rusiyanın istehsalı olan bu filmdə azərbaycanlı aktyor plastik cərrah rolunu canlandıracaq. Filmdə Fəxrəddin Manafovun qızı rolunda Hindistanda “Miss -2008” seçilmiş bir qadın çəkilir. Filmdə eyni zamanda məşhur rusiyalı aktyor Marat Başarov da çəkilib. Filmin Moskvadakı çəkilişləri artıq baş tutub, bu ay isə Hindistanda serialın son çəkilişləri aparılacaq. Fəxrəddin Manafovun Hindistana səfəri noyabrın 9-dan 23-dək davam edəcək. Bu səfəri başa vurduqdan dərhal sonra isə aktyor Praqaya səfər gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR