Bank Of Baku

Azərbaycanın iki rəssamı Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib

Azərbaycanın iki rəssamı Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib
# 03 noyabr 2009 09:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın iki rəssamı - xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Salhab Məmmədov və əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçiliblər. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. İ. Hümbətovun sözlərinə görə, bu münasibətlə akademiyanın fəxri titullarının təqdimat mərasimi keçirilib. Həmin mükafatları hər iki rəssama Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim ediblər. Mərasimdə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, akademik Vasim Məmmədəliyev, xalq yazıçıları Maqsud İbrahimbəyov, Çingiz Abdullayev və digər tanınmış mədəniyyət, incəsənət xadimləri, hökumət rəsmləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR