Bank Of Baku

Bakıda “Əsrarəngiz sazım, sözüm mənim” adlı aşıqların konserti keçiriləcək

Bakıda “Əsrarəngiz sazım, sözüm mənim” adlı aşıqların konserti keçiriləcək
# 03 noyabr 2009 11:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin “Əsrarəngiz sazım, sözüm mənim” adlı konsertinin keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, konsert noyabrın 19-da təşkil olunacaq. Tədbirdə giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub çıxış edəcək. Konsert proqramında Aşıq Cahangir Quliyev, Aşıq Ulduz, Aşıq Tərmeyxan Qurbanov, Aşıq Əhliman Rəhimov, Aşıq Telli Borçalı, Aşıq Gülarə Azaflı, Aşıq Ədalət Dəlidağlı, Aşıq Altay, Aşıq Zülfiyyə İbadova, Aşıq Samirə Əliyev, Aşıq Ramin Qarayev, Aşıq Fəzail Miskinli və digər aşıqların çıxışı nəzərdə tutulur. Biletlərin qiyməti 5 manatdan – 15 manata qədərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR