Bank Of Baku

“Gəncləşən muğam” adı altında keçiriləcək gənc muğam ifaçılarının konsertinə bilet satışı davam edir

“Gəncləşən muğam” adı altında keçiriləcək gənc muğam ifaçılarının konsertinə bilet satışı davam edir
# 04 noyabr 2009 09:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Noyabrın 8-də Heydər Əliyev Sarayında keçiriləcək “Gəncləşən muğam” adı altında gənc muğam ifaçılarının konsertinin biletlərin satışı davam etdirilir. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, biletləri şəhərin bütün mərkəzi kassalarından əldə etmək olar. Ötən həftədən etibarən isə artıq konsertin afişaları şəhərdə vurulub, eləcə də reklam çarxlarının nümayişinə start verilib. “Gəncləşən muğam” konsertinin biletlərinin qiyməti 5-20 manat arasındadır. A. Fərəczadə deyib ki, biletlərin qiymətini müəyyən edərkən hər təbəqədən olan tamaşaçını nəzərə alıblar: “Muğam Azərbaycanın milli musiqisidir. Bu musiqini hamı dinləmək və tamaşa etmək istəyir. Biz də bu prinsipləri nəzərə alaraq biletlərin qiymətini hər kəsin cibinə görə müəyyən etdik”.

Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında keçiriləcək konsertdə muğam ifaçısının tələbələri çıxış edəcək. Üç saat davam edəcək proqramda əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Elməddin İbrahimov, Aida Əliyeva, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Oksana Aslanova, Sabir Həsənov, Ülviyyə Rəhimova, Anar Məmmədov, Şaiq İbayev, Arzu Əliyeva, Kənan Hüseynov, Elşad Aydınoğlu, Günay İmamverdiyeva, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Aytən Məmmədova və Malik Həsənovun çıxışı nəzərdə tutulub. Konsert saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək “Gəncləşən muğam” konsertinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə, www.ha-saray.az və www.bakusearch.az.com saytlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR