Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrı gələn ay 80 illik yubileyini qeyd edəcək

Dövlət Gənc Tamaşaçılar Teatrı gələn ay 80 illik yubileyini qeyd edəcək
# 04 noyabr 2009 13:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əsaslı təmir olunmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gələn həftə 82-ci teatr mövsümünün rəsmi açılışı olacaq. Teatrdan APA-ya verilən məlumata görə, mövsümün ilk tamaşası noyabrın 12-də oynanılacaq. Həmin gün teatrda uşaqlar üçün Samuel Marşakın “Pişiyin evi” tamaşası nümayiş ediləcək. Tətil günlərində uşaqlar üçün tamaşa silsiləsi təşkil edən teatr rəhbərliyi həmçinin dekabrda teatrın 80 illik yubileyini də təntənəli qeyd etməyə hazırlaşır. Yubiley münasibəti ilə teatr kollektivinin ifasında yeni tamaşaların hazırlanacağı gözlənilir. 80 illik yubiley münasibəti ilə xüsusi bayram proqramı da hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR