Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cüzeppe Verdinin “Traviata“ operası nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cüzeppe Verdinin “Traviata“ operası nümayiş olunacaq
# 04 noyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünyanın ən məşhur opera və balet sənəti ulduzlarının iştirakı ilə tamaşalar təşkil etmək istiqamətində fəaliyyətini davam etdirir. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrda bu silsilədən növbəti tamaşa – Cüzeppe Verdinin “Traviata“ operasıdır. Noyabrın 28-də göstəriləcək tamaşanı idarə etmək üçün Avropada çox məşhur və populyar dirijorlardan Münhen Opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk Bakıya dəvət olunub. Xanım Korneliya İtaliya, Avstriya, Almaniya, Finlandiya, ABŞ, Latın Amerikasının ən qabaqcıl opera teatrlarının səhnələrində böyük uğurla çıxış edir. “Traviata” operasının tamaşasında həmçinin Ukrayna Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, Vokalçıların Beynəlxalq Müsabiqələrinin laureatı Olqa Fomiçova iştirak edəcək. Bu tamaşada ifa edəcəyi Violetta partiyası O. Fomiçovanın repertuarında ən parlaq obrazlardan biridir. O, Zalsburq opera sənəti festivalında Violetta rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafata layiq görülüb. Azərbaycanı isə bu tamaşada Opera və Balet Teatrının istedadlı solistləri – xalq artisti Azər Zeynalov (Alfred), əməkdar artistlər Əvəz Abdullayev (Jermen), Əli Əsgərov (Markiz) və Əkrəm Poladov (doktor) təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR