Bank Of Baku

Bakıda dünya şöhrətli cazmen Vaqif Mustafazədənin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçiriləcək

Bakıda dünya şöhrətli cazmen Vaqif Mustafazədənin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçiriləcək
# 04 noyabr 2009 14:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 16-da Bakı Caz Mərkəzində görkəmli Azərbaycan musiqiçisi, “Caz-muğam”ın banisi Vaqif Mustafazədənin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, gecəyə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri dəvət olunublar. Gecənin proqramına V. Mustafazadənin ev muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimetmə mərasimi, məşhur “Sevil” ansamblının üzvü Rəna Talıbovanın, prodüseri Vaqif Mustafazadənin bibisi qızı Afaq Əliyeva olan “Retro-Sevil” ansamblının çıxışları daxildir. Gecə Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadə adına Xeyriyyə fondu ilə birgə təşkil olunur. Hazırda Vaqif Mustafazadənin ev muzeyində 153 foto, 15 afişa, həmçinin kino və videomateriallar, diplomlar, sertifikatlar, val və fotoalbomlar saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR