Bank Of Baku

Bakıda Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisinin açılışı keçirilib – FOTOSESSİYA

Bakıda Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisinin açılışı keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 05 noyabr 2009 11:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin və Rövşən Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, bu, İncəsənət Muzeyinin II binasında əsaslı təmirdən sonra keçirilən ilk sərgi olub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyimləri və örtükləri nümayiş etdirilir: “Elmi mənbələrdən bəllidir ki, Mərkəzi Asiyanın zaman-zaman dəyişən, Xəzər dənizi, Sibir düzləri, İran səhraları ilə əhatələnən təbii sərhədləri daxilindəki ərazilərinə bu gün müstəqil dövlətlər olan Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın, eləcə də, Əfqanıstanın və Qərbi Çinin bir hissəsi daxildir. Coğrafi vəziyyəti etibarilə dəniz yolları açılmazdan əvvəl Şərqlə Qərb arasında ticarətin inkişafını təmin edən Böyük İpək yolu məhz bu ərazilərdən keçirdi. Bu isə həmin ərazilərdə Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə şərait yaradıb. Sərgidə bu incəsənətin Raunun kolleksiyasında yer alan nümunələri təqdim edilir. Ən əsası odur ki, bu sərgi 5, 10 gün və ya bir ay deyil, gələn ilin martın 3-dək davam edəcək. Kolleksiya ilə maraqlanan Bakı əhli bu müddət ərzində sərgini izləyə bilərlər”.
Açılış mərasimində çıxış edən Viktoriya və Albert muzeyinin Mərkəzi Asiya Departamentinin baş kuratoru Tem Stenli Bakıda belə bir sərginin açılmasından məmnunluğu dilə gətirib. O bildirib ki, Azərbaycan muzeyləri ilə bu cür əməkdaşlığın davamlı olmasını arzulayır və bu yolda lazımi addımlar atılacaq. Qonaq Azərbaycan Dövlət İncəsənət Muzeyinin çox gözəl olduğunu vurğulayıb və sərginin məhz bu cür yüksək səviyyəli bir məkanda nümayiş olunmasına sevindiyini qeyd edib. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov isə bildirib ki, muzeydə açılan beynəlxalq sərgi Londonun məşhur Viktoriya və Albert muzeyinin eksponatlarından ibarətdir: “Bu sərgi bütövlükdə İpək yolu ölkələrinin incəsənəti tarixinə, tarixi etnoqrafik, bədii estetik mahiyyəti etibarı ilə çox yaxındır və əslində bizim mədəniyyətə yaxın bir sahədir. Hesab edirəm ki, bizim tamaşaçılar üçün bu sərgi çox maraqlı olacaq, çünki ruhən və mədəni keçmişimizlə bağlı eksponatlar burada təmsil olunur”. Sərgidə kolleksiyanın rəhbəri xanım Raun da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR