Bank Of Baku

Azərbaycan Dövlət İncəsənət Muzeyinin binaları arasında keçid tikilinin inşasına başlanılıb

Azərbaycan Dövlət İncəsənət Muzeyinin binaları arasında keçid tikilinin inşasına başlanılıb
# 05 noyabr 2009 11:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rövşən Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin I binası ilə II binası arasında orta keçid binasının tikintisinə başlanılıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında muzeyin direktoru İsrafil İsrafilov deyib. Muzey rəhbərinin sözlərinə görə, artıq əsaslı təmirdən sonra istifadəyə verilən muzeyin II binası beynəlxalq sərgilərin keçirilməsi üçün olduqca əlverişlidir: “Bu zamana kimi bu cür tədbirlərin keçirilməsi üçün imkanlarımız məhdud idi. Əsaslı təmirdən sonra isə artıq bu problem aradan qalxıb. Bu addımla İncəsənət Muzeyinə ikinci həyat verildi. Eyni zamanda bu cür beynəlxalq tədbirlərin və sərgilərin sayını artıracaq. Bizim Fransanın Lüvr Muzeyi ilə müqaviləmiz var. 2010-cu ildən etibarən bu cür tədbirlər silsilə xarakter daşıyacaq”.

İsrafil İsrafilov qeyd edib ki, iki bina arasında orta keçid binası tikildikdən sonra I binanın əsaslı təmir işlərinə start veriləcək: “O, binanın artıq özülü qoyulub. İlin əvvəlindən I binanın əsaslı təmirinə başlanılacaq. Bütün fond bu binaya köçdükdən sonra o binada quraşdırılma işlərinə start veriləcək. Hazırda isə II binanın layihə smeta sənədləri hazırlanır. Məqsəd budur ki, muzeyin hər iki binanın memarlıq görünüşü dəyişdirilməsin. Yalnız içəridə ekspozisiya zallarının sayı artacaq, ərazisi genişlənəcək”.

Muzey rəhbəri bu müddət ərzində muzey üçün müxtəlif əsərlər və kolleksiyaların alındığını bildirib: “Bəzi rəssamların şəxsi əşyaları, arxivləri muzeyimizə verilib. Bundan başqa neçə-neçə görkəmli rəssamların əsərlərini muzeyimiz üçün almışıq. Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi hesabına Mircavad kimi dünya şöhrətli rəssamımızın bütün əsərlərini muzeyə almışıq. Bu çox böyük nailiyyətdir və bu yol davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR