Bank Of Baku

«Leyli və Məcnun» operasının 100 illiyi Daşkənddə qeyd edilib

«Leyli və Məcnun» operasının 100 illiyi Daşkənddə qeyd edilib
# 05 noyabr 2009 22:35 (UTC +04:00)
Daşkənd. Ləman Ağayeva - APA. «Leyli və Məcnun» operasının 100 illiyi Daşkənddə qeyd edilib.

APA-nın Qazaxıstan və Mərkəzi Asiya bürosunun xəbərinə görə, noyabrın 5-də Daşkəndin Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacibəyovun “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunmuş gecə keçirilib.

Tədbir UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli sərəncamı əsas tutularaq ölkəmizin Özbəkistandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistan Mədəniyyət və İdman Nazirliyi, habelə Ə.Nəvai adına Daşkənd Dövlət Akademik Böyük Teatrının birgə səyləri ilə təşkil olunub.

Daşkənddə yeni səhnə həyatı tapan “Leyli və Məcnun” operasına Azərbaycan və Özbəkistanın xalq artisti, Özbəkistanın Dövlət Mükafatı laureatı, Ə.Nəvai adına Dövlət Akademik Böyük Teatrının rejissoru professor Firudin Səfərov quruluş verib. Tamaşada Bakıdan dəvət olunmuş Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Gülyaz Məmmədova, Mirnazim Əsədullayev, Elxan Mansurov və muğam festivalının qalibi İlkin Əhmədov da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR