Bank Of Baku

Bazeldə “Baku Unlimited” adlı sərgi keçiriləcək

Bazeldə “Baku Unlimited” adlı sərgi keçiriləcək
# 06 noyabr 2009 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 10-dan 29-dək İsveçrə Konfederasiyasının Bazel şəhərində İsveçrədə Azərbaycan Mədəniyyət İli “Culturescpes 2009-Azerbaijan” layihəsi çərçivəsində “Baku Unlimited” adlı sərgi keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Sərginin təşkili məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri, əməkdar incəsənət xadimi Leyla Axundzadənin rəhbərliyi altında üç nəfər rəssam noyabrın 6-dan 11-dək Bazel şəhərinə ezam olunublar. Sərgidə müxtəlif nəsilləri təmsil edən 26 rəssamın rəngkarlıq, fotoqrafiya, videoart və digər müasir incəsənət əsərləri nümayiş etdirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR