Bank Of Baku

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı olub

Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı olub
# 06 noyabr 2009 22:18 (UTC +04:00)
Sumqayıt – APA. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında yeni teatr mövsümünün açılışı olub.

APA-nın məlumatına görə, mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. 41-ci mövsümündə teatrın aktyor heyəti F.Məhərrəmovun rejissorluğu ilə səhnələşdirilmiş Taufiq əl-Hakiminin “Karıxmış sultan” pyesini tamaşaçılara təqdim edib. Əsər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. 14 mart 1969-cu ildə M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin tamaşası ilə teatrın açılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR