Bank Of Baku

Tiflisdə dramaturq Əli Əmirlinin “Köhnə ev” tamaşasının premyerası olacaq

Tiflisdə dramaturq Əli Əmirlinin “Köhnə ev” tamaşasının premyerası olacaq
# 07 noyabr 2009 07:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisin A. Xorebava adına Aktyorlar Evində Azərbaycan dramaturqu Əli Əmirlinin “Köhnə ev” adlı əsəri əsasında səhnələşdirilmiş eyni adlı komediyanın premyerası olacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tamaşanın quruluşçu rejissoru Namiq Valehoğludur. Tamaşada rolları Tiflisdəki Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Teatrının gənc aktyorları Namiq Musayev, Fazil Bayramov, Şeyla Şamoyeva, Binəli İslamoğlu, Aida Qaracayeva və başqa aktyorlar ifa edirlər. Qeyd edək ki, bu əsər Tiflis teatrında dramaturq Əli Əmirlinin səhnədə oynanılan ikinci əsəridir. “Köhnə ev” əsərinin premyerasına ziyalılar, Tiflis və ətraf rayonlarda yaşayan azərbaycanlılar və Azərbaycanın Gürcüstandakı səfirliyin əməkdaşları dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR