Bank Of Baku

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Məktəb Studiyasının yubileyi keçiriləcək

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Məktəb Studiyasının yubileyi keçiriləcək
# 07 noyabr 2009 08:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Məktəb Studiyasının yubileyi keçiriləcək. BMA-dan APA-ya verilən məlumata görə, yubiley tədbirləri çərçivəsində bir sıra konsertlərin, elmi-praktiki konfransların keçirilməsi və musiqili tamaşaların nümayiş etdirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində ən önəmlisi 2010-cu ildə Məktəb Studiyada hazırlanmış və dünya təcrübəsində analoqu olmayan Qara Qarayev yaradıcılığına həsr olunmuş pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqə-konfransı olacaq. Yubiley tədbirlərindən birincisi isə bu günlərdə praktiki-pedaqogikanın problemlərinə, metodika və ifaçılığa həsr olunmuş Bakı Musiqi Akademiyasının kiçik zalında məktəb studiyanın müəllimləri tərəfindən keçirilib. Seminarda gündəlik elmi-metodik işin aktual məsələləri, musiqi pedaqogikasında kompleks təlimin yeni formaları və ümummetodik xarakterli problemləri və digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR