Bank Of Baku

Rejissor Şamil Mahmudbəyovun 85 illik yubileyi qeyd olunacaq

Rejissor Şamil Mahmudbəyovun 85 illik yubileyi qeyd olunacaq
# 07 noyabr 2009 08:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Əməkdar incəsənət xadimi, rejissor Şamil Mahmudbəyovun 85 illik yubileyi qeyd olunacaq. Rejissorun yubileyi noyabrın sonlarında Dövlət Film Fondu tərəfindən keçiriləcək. Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya bildirib ki, Muzey Mərkəzində baş tutacaq yubiley mərasimində rejissorun sənət dostları onun yaradıcılığı haqqında danışacaqlar. Eyni zamanda muzeyin foyesində Şamil Mahmudbəyovun həyat və yaradıcılığını əhatə edəcək foto-sərgi də nümayiş olunacaq. Qeyd edək ki, dövlət mükafatı laureatı olan Ş. Mahmudbəyov “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Dərviş Parisi partladır” və digər filmlərə quruluş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR