Bank Of Baku

“Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası Türkiyədə keçiriləcək beynəlxalq festivalında nümayiş olunacaq

“Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası Türkiyədə keçiriləcək beynəlxalq festivalında nümayiş olunacaq
# 07 noyabr 2009 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluş verdiyi “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası Türkiyədə keçiriləcək beynəlxalq festivalında nümayiş olunacaq. Teatrın direktoru Maqbet Bünyatovun APA-ya verdiyi məlumata görə, tamaşanın Türkiyənin Konya şəhərində “Min Nəfəs – Bir Səs” III Beynəlxalq Türkdilli Teatrların Festivalı çərçivəsində nümayişi nəzərdə tutulur. Gənc rejissor İlham Əsgərovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Nazim Bəykişiyevdir. Tamaşada Bəsti Cəfərova, Rəfael Dadaşov, Sabir Məmmədov və başqaları rol alıblar. Festival 2010-cu ilin aprelində keçiriləcək. Qeyd edək ki, ötən il sözügedən festivalda Akademik Milli Dram Teatrı türk dramaturqu Tuncer Cücenoğlunun “Uçqun” əsəri əsasında quruluşçu rejissor Bəhram Osmanov tərəfindən hazırlanmış eyniadlı tamaşa ilə təmsil olunaraq çox böyük uğur qazanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR