Bank Of Baku

Azərbaycanlı pianoçu “Art november” Beynəlxalq İncəsənət Festivalında iştirak edəcək

Azərbaycanlı pianoçu “Art november”  Beynəlxalq İncəsənət Festivalında iştirak edəcək
# 09 noyabr 2009 08:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan pianoçusu Murad Hüseynov noyabrın 14-16-da Moskvada keçiriləcək “Art november” Beynəlxalq İncəsənət Festivalında iştirak edəcək. APA-nın festivalı təşkil edən Moskvanın «BUTA» İncəsənət Mərkəzinэ istinadən məlumatına görə, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov festivala «BUTA»nın sponsorluğu ilə qatılacaq. O, noyabrın 14-də Marina Uvetayevanın ev muzeyində solo konsertlə çıxış edəcək. Pianoçunun solo konsertində K. Debüssi, M. Ravel, F. Pulenk, S. Raxmaninov, Q. Qarayevin əsərləri səslənəcək. Noyabrın 16-da isə Moskva Beynəlxalq Musiqi Evinin Kamera zalında tanınmış «Yeni rus kvarteti» ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR