Bank Of Baku

Professional Kinoaktyorlar Gildiyasının yeni saytının təqdimatı keçirilib

Professional Kinoaktyorlar Gildiyasının yeni saytının təqdimatı keçirilib
# 09 noyabr 2009 13:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında Professional Kinoaktyorlar Gildiyasının yeni saytının təqdimatı keçirilib. APA-nın məlumatına görə, www.aktyor.az internet ünvanında 400 azərbaycanlı aktyoru haqqında tam dosye yerləşdirilib. 2006-cı ildən fəaliyyət göstərən Professional Kinoaktyorlar Gildiyasının saytı Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına yaradılıb. Saytla haqqında məlumat verən xalq artisti, gildiyanın rəhbəri Həmidə Ömərova bildirib ki, gildiya üzvləri şuraya öz layihələrini göndəriblər və layihə qəbul edilib: “Bu çox vacibdir ki, saytda tək Bakıdan olan aktyorlar haqqında yox, rayon teatrlarında çalışan aktyorlar haqqında da informasiyalar var. Bu məqsədlə gildiyanın əməkdaşları regionlara gedib böyük iş aparıblar. Aktyorların şəkillərini çəkib, yeni aktyorlarla tanış olublar”. Gildiya rəhbərinin sözlərinə görə, sayt MDB, eləcə də dünya ölkələrindən olan rejissorlara onların işində kömək edə bilər: “Bu sayt vasitəsi ilə dünyanın istənilən ölkəsindən Azərbaycan aktyorları haqqında böyük informasiya əldə edə bilər və istədiyi tipaja uyğun aktyor seçə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR