Bank Of Baku

Sabah Beynəlxalq Muğam Mərkəzində bəstəkar Tofiq Quliyevin xatirə gecəsi keçiriləcək

Sabah Beynəlxalq Muğam Mərkəzində bəstəkar Tofiq Quliyevin xatirə gecəsi keçiriləcək
# 10 noyabr 2009 11:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirdə bəstəkarın həyat və yaradıcılığına aid saytın təqdimatı olacaq, film nümayiş etdiriləcək və tanınmış musiqiçilərin ifasında mərhum bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən mərasimdə bəstəkarın ailə üzvləri, tanınmış musiqi xadimləri və hökumət nümayəndələrinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR