Bank Of Baku

Azərbaycanlı cazmen Strasburqda konsert verəcək - FOTO

Azərbaycanlı cazmen Strasburqda konsert verəcək - <font color=red>FOTO</font>
# 10 noyabr 2009 15:06 (UTC +04:00)
Bakı. Fuad Qulubəyli-APA. Noyabrın 19-da Buta Mədəniyyət Mərkəzinin “Buta Project” layihəsi çərçivəsində Strasburqda ilk dəfə olaraq, məşhur cazmen, Montrö Beynəlxalq Caz Festivalının laureatı Şahin Növrəslının caz-muğam konserti təşkil ediləcək. APA-nın Avropa bürosunun məlumatına görə, adıçəkilən mədəni tədbir 17 noyabr - Milli Dirçəliş günü və Avropa Şurasının 60 illiyi münasibətilə nəzərdə tutulan mədəni tədbirlər çərçivəsində həyata keçirilir. Bu konsertin məqsədi Strasburq ictimaiyyətinə və xarici qonaqlara Azərbaycan mədəniyyətini bir daha yaxından tanıtdırmaq, eləcə də digər musiqi janrları ilə yanaşı, caz musiqi janrının da yüksək səviyyədə inkişaf etdirməkdir.

Qeyd edək ki, iki ildir “Buta Project” layihəsi üzərində çalışan Şahin Növrəsli sözügedən layihə ilə noyabrın 12-də Moskvada, 14-də Sankt-Peterburqda, 16-da Brüsseldə, 18-də Parisdə, 19-da Strasburqda, 25-də Londonda çıxış edəcək. Bu konsertdə Şahin Növrəsli pianoda ifa etməklə yanaşı, həm də oxuyacaq. Konsertlərdə Ş.Növrəsli ilə yanaşı, kontrabasda Neytan Pek, zərb alətlərində Aleksandr Maşin, tarda Arslan Növrəsli, kamançada isə Nurlan Növrəsli çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR