Bəstəkar Aqşin Əlizadə: “Bəzi istedadsız, zəif adamlar Bəstəkarlar İttifaqını bir “sobes” kimi işlədirlər” - MÜSAHİBƏ
- Azərbaycanın bugünkü bəstəkarlıq məktəbini necə xarakterizə edə bilərsiniz?
- Bu gün əsas çalışanlar yaşlı nəsil bəstəkarlarıdır. Ballada əsərlərin yaranması çox çətin olur. Bu o demək deyil ki, hamı gərək bir üsulla yazsın. İstedad hər yerdə bilinir. Mənə elə gəlir ki, çox adamlar reklamla, özlərini tərifləməklə məşğul olur, amma əslində sənət ciddi yanaşma tələb edir. Fəxri adlar, mükafatlar üçün yazmaq yox, axtarışda olmaq lazımdır. Biz musiqiyə belə gəlmişik. Bizim müəllimlər də sənətə belə gəlib. Məni heç zaman nə müəllimlərim, nə də tələbələrim tərifləməyib. Söhbət sənətə ciddi yanaşmadan gedir. Bu o demək deyil ki, bizim istedadlarımız tükənib. Bəzi adamlar özlərini reklam etməklə məşğuldur. Amma musiqi ilə biznes tutmur.
- Deməli, fikrinizcə, əsas çatışmayan məsələ maddiyyatla bağlıdır? Yəni bu sahədəki maddi vəziyyət gəncləri qane etmir?
- Gənc yaşda olanda mənim özümün ciddi problemlərim olub. Müalicəyə ehtiyacım olub. Bilirəm ki, mənim yoldaşlarım da belə problemlərlə üzləşiblər. Amma bütün bunlar bizim yaradıcılığımıza mane olmayıb ki. Digər tərəfdən isə bəstəkarın qocası, cavanı olmaz. Bəstəkar ya olur, ya da olmur. Məsələn, Asəf Zeynallı 22, Şubert 32 yaş yaşayıb. Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev ən görkəmli əsərlərini 30 yaşına kimi yazıblar. Yəni bəstəkarın pulu, evi olmayanda, bircə kostyumu olanda və yaxud da bu kostyumu dostundan borc alıb konsertə gedəndə ən yaxşı əsərlərini yazır. Belə şeylər məndə də olub.
- Bu gün 75 illiyini qeyd edən Azərbaycan Bəstəkarlar İttifaqı haqqında nə deyə bilərsiniz?
- Bəstəkarlar İttifaqının yaranması çox mühüm bir hadisədir. Bu hadisənin bizim mədəniyyətimizə çox mühüm faydası olub. Çünki bəstəkarlar bir yerə yığılıb öz fikirlərini söyləyə biliblər. Ona görə ittifaqın xeyri çox olub, amma bu gün mənə elə gəlir ki, yeni bir üsul tapmaq lazımdır. Çünki heç nə dəyişməyib, iş prinsipi 50 il, 60 il necə var idisə, bu gün elə də qalır. Bəzi istedadsız, zəif adamlar Bəstəkarlar İttifaqını bir “sobes” kimi işlədirlər. Bu gün bu hal bütün ittifaqlarda var. Orada bizdən hər şey tələb edirlər, ancaq bizdə heç nə yoxdur. Onlar bizə deyəndə, bizdə gedib onlar üçün yalvarırıq. İndi yazıqları gələndə maddi yardım verirlər, gəlməyəndə heç nə vermirlər. Onlar da bizdən küsürlər. Amma mən sizə deyim ki, bəstəkar, musiqişünas öz musiqi ilə tanınmalıdır. Güclü əsər həmişə ifa olunacaq, əsas budur. Amma bir çox hallarda bunu düşünmürlər. Hər bir hərəkatın, hər bir musiqi dünyasının böhran vaxtları da, yenidənqurma vaxtı da olub.
- Bəs hazırkı vəziyyəti bunların hansına aid etmək olar?
- Mən heç kəsdən, heç kimdən nə çəkinirəm, nə də qorxuram. Bizdə özünü tərifləmə meyli, televiziyalarda nümayiş olunan şoular musiqi sahəsinə çox ziyan gətirir. Ümumiyyətlə, bəstəkar ciddi bir adam olmalıdır. Bəstəkar fəhlədir, daşyonan Fərhaddır. O, daşı yaranda da fikirləşir ki, burada nə olacaq? Amma onu yarmalıdır. Bugünkü vəziyyətimizdən də qorxmayın. Çünki Azərbaycan mədəniyyətinin çox güclü bəstəkarlıq təməli var. Bu təməl bizim böyük bəstəkarlarımız, ilk növbədə isə Üzeyir Hacıbəyov tərəfindən qoyulub. Əsas olan budur. Bütün Şərq aləmində, İslam dünyasında yeganə bir dövlət və xalqıq ki, bizim bəstəkarlıq məktəbimiz dünya səviyyəsindədir. Bu gün ən azı Azərbaycanın dörd-beş çox güclü bəstəkarı var. Mən o bəstəkarların adlarını sadalaya bilməyəcəyəm, çünki bu, düzgün olmaz. Əsas odur ki, onlar var. Siz onların hamısını tanıyırsınız, hər gün onların əsərlərini dinləyirsiniz. Onlar dünyada da, keçmiş Sovetlər respublikalarında da, Azərbaycanda da sevilirlər.
- Keçirilən tədbirlərdə Azərbaycanın dünya şöhrətli bəstəkarı Arif Məlikovu da görmədik. Tədbirlərə dəvət olunmayıb, yoxsa iştirakdan imtina edib?
- Arif Məlikov mənim çox böyük hörmət etdiyim insanlardan və bəstəkarlardan biridir. Arifin axı yaşı çoxdur, səhhəti yerində deyil. Mən onunla konservatoriyada da bir yerdə işləyirəm. Qocalanda insan ağır tərpənir, biz axı artıq gənc deyilik. Həm də beyin də yorulur. Ona görə də heç kimi qınamaq olmaz. Arif böyük bəstəkar olmaqla yanaşı, çox cürətli bir insandır, yaxşı yoldaşdır. Sadəcə biz bir-birimizə bəzi şeyləri keçməliyik, yoxsa hamımız küsülü olsaq, nə əldə edəcəyik ki? Mən bu vaxta qədər heç kimdən küsməmişəm, deyəsən heç məndən də küsməyib.
- Tarix boyu Azərbaycan musiqi əsərləri bədnam qonşular tərəfindən mənimsənilib və bu proses bu gün də davam etməkdədir. Bu prosesə qarşı hansı mübarizə üsulu həyata keçirilməlidir?
- Bunların hamısı boş-boş şeylərdir. Musiqini oğurlamaq qeyri-mümkündür. Biz Motsartın əsərlərini ifa edirik, bu, o demək deyil ki, bizim başqa məqsədimiz var. Bu məsələni şişirdirlər, sonra da sözlərinin arxasında gizlənirlər. “Sarı gəlin”, “Uzun dərə”ni heç zaman mənimsəyə bilməzlər, onlar hər zaman səslənəcək. Hətta fəxr edəcəyik ki, bizim musiqimiz hər yerdə, bütün ölkələrdə ifa edilir, səslənir. O bədnam qonşularınsa adını ümumiyyətlə çəkmək lazım deyil. Bu adamlar axı haradan gəlib, yersiz adamlardır, başqalarının yerlərini də, mədəniyyətləri də mənimsəyirlər. Bizim də, gürcülərin də musiqisini oğurlayırlar. Musiqini oğurlamaqla iş düzəlmir, musiqini yaratmaq lazımdır. Əgər biz yaradırıqsa, deməli onun müəllifi bizik. “Segah” bizimdir, onu ömründə oğurlaya bilməzlər. Çünki azərbaycanlılardan başqa “Bayatı şiraz”ı, “Segah”ı oxuya bilən millət yoxdur. Muğamı həm ifa edib, həm anlamaq üçün Azərbaycanda anadan olmaq lazımdır.
- Bu gün gənc bəstəkarların Bəstəkarlar İttifaqına üzvlüyü hansı şərtlər əsasında həyata keçirilir?
- Gənc bəstəkarların fəaliyyətinə, savadına baxırıq. Bizim gənclərin əksəriyyəti savadlıdır, çünki konservatoriyada təhsil alırlar, biz onlara dərs deyirik. Bu gün onlar zəif əsərlər ortaya çıxara bilərlər, lakin parlaq əsər həmişə olmur. Biz bəstəkarın professionallığına baxırıq, əgər peşəkarlıq varsa, deməli bu insan Bəstəkarlar İttifaqına üzv qəbul oluna bilər. Əsas şərtimiz professionallıqdır. Bəstəkar yaxşı və ya pis mahnını ayırd etməyi bacarmalıdır. Hər bəstəkarın ildə bir böyük əsər yaratması mümkün deyil. Bəlkə də o əsəri yaratmaq üçün beş il lazımdır, biz bunu da nəzərə alırıq. Gənc bəstəkarlar arasında zəifləri ola bilər, biz onlara yardım etməyə çalışırıq.
İncəsənət
Flora Kərimova xəstəxanadan evə buraxılıb
İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib - VİDEO
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib
Xəbər Lenti
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Ötən il 764 xarici diplom tanınmayıb
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırılıb
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa əlaqələrinin vəziyyətini nəzərdən keçirib
73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Rubio: Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiq olunmasını istəmir
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü təşkil olunub - FOTO - VİDEO
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
Qırğızıstan və Tacikistan vətəndaşları Heydər Əliyev adına Hərbi İnstitutdan fərqlənmə ilə məzun olublar
Azərbaycanlı kursant İtaliyanın "Şərəf qılıncı" ilə təltif edilib
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Ceyhun Bayramov Polşada Ukrayna Bərpa Konfransında iştirak edib
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell”i istifadəyə verir
İrandan Rusiyaya gül kələmi aparan yük maşınında 90 kq-dan çox marixuana aşkarlanıb - FOTO - VİDEO
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiq edilib - FƏRMAN
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirilib - VİDEO
Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
İsraildə qabaqcıl pediatrik reabilitasiya təcrübəsi öyrənilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Xankəndi Tibb Mərkəzi istifadəyə verilib
Rusiya MN müharibə başlayandan Ukraynanın 170 minə yaxın dronunun vurulduğunu bildirib
Peskov Belarusda retranslyatorların söndürülməsindən xəbərdar deyil
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb