Bank Of Baku

Dövlət Film Fondunun yeni binasının Uşaq Kino Evi açılacaq

Dövlət Film Fondunun yeni binasının Uşaq Kino Evi açılacaq
# 14 noyabr 2009 00:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 19-da Dövlət Film Fondunun yeni binasında Uşaq kino bayramı keçirəcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, “Uşaq ili” çərçivəsində təşkil olunan tədbirin proqramına Heydər Əliyev Fondu ilə birgə hazırlanmış “Bir nağıl söylə mənə” cizgi filmlərinin yeni toplusunun təqdimatı, rejissor Firəngiz Qurbanovanın “Nuş olsun” cizgi filminin ilk baxışı və Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evinin açılışı daxil edilib. Bayramda uşaq evlərinin yetirmələri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai  təşkilatların nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR