Bu gün ABŞ-da muğama həsr olunmuş Azərbaycan-Amerika sənədli filmi nümayiş etdiriləcək
Bu barədə APA-nın Vaşinqton müxbirinə filmin rejissoru, Montana Dövlət Universitetinin professoru və Cənubi və Şimali Qafqaz üzrə siyasi təhlilçi Tomas Qoltz məlumat verib.
Film «Qədim Şərq» musiqi qrupunun Montana ştatının şərqində yerləşən Billinqsdəki «Rocky Mountain» kollecində, ştatın cənub hissəsində yerləşən Brozemandakı Montana Dövlət Universitetinin musiqi bölməsində, Yellouston çayı sahilində yerləşən Livinqston kitabxanasında və nəhayət, amerikalı tanınmış muğam mütəxəssisi Cefri Verbokun da qatıldığı Missouldakı Montana Universitetində yekun çıxışı ilə qrupun mədəniyyətlərarası keşməkeşli yolunu təfərrüatı ilə əks etdirir.
Filmin süjeti qastrol boyunca qrupun yüzlərlə yerli sakini Azərbaycanın sirli, qeyri-ritmik, modal musiqisi olan muğamla tanış etməsi üzərində qurulub.
Tomas Qoltzun sözlərinə görə, muğamla ilk dəfə 1991-ci ildə Azərbaycana səfəri zamanı tanış olub: “Elə məhz o vaxtdan bu ecazkar musiqiyə valeh olmuşam, Çünki muğam Montanada insanların dinlədiyi Amerika musiqisindən çox fərqlidir”.
Bundan başqa, T.Qoltz hazırda amerikalı tanınmış muğam mütəxəssisi Cefri Verbokun 1998-ci ildə qaçqın düşərgəsində muğam oxuyan qaçqın uşaqları axtarmasından bəhs edən uzun metrajlı sənədli filmin çəkilişi üzərində işlədiyini bilinib. Bu filmin səhnələşdirilməsi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə reallaşdırılır və filmin gələn ilin yayına qədər başa çatdırılması nəzərdə tutulur.
“Bu filmin əsas məğzi Cefri Verbokun 10 ildən sonra həmin uşaqların nə etdiklərini araşdırmasından ibarətdir. Onlar hələ də oxuyur və ifa edirlərmi? Onlar indi haradadırlar? Bu yanaşma bizə muğamın sehrli və gözəl sədasından istifadə etməklə müharibənin insan həyatına təsirlərini çatdırmaq imkanı verir, Qarabağ həqiqətləri müharibə haqqında çəkilmiş qanla dolu bir filmin edə bilməyəcəyi çox incə bir tərzdə çatdırılır” - deyə, T.Qoltz bildirib.
Qeyd edək ki, bundan öncə “Sirli muğam musiqisi Montanaya gəlir” filmi Kaliforniyanın La Kolla şəhərində keçirilən “Accolade Film Festivalı Müsabiqəsi - 2009”da sənədli və qısametrajlı filmlər nominasiyası üzrə yüksək mükafata layiq görülüb.
“Sirli muğam musiqisi” filminin əsas operatoru Rendi Yakobs, əlavə kadrların operatoru Yen Klark, montajçısı Montana qrupundan olan Keti Maqruderdir. Filmin icraçı prodüseri Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovdur.
Çəkilişə xüsusi logistik dəstəyi isə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan məcburi köçkün düşən və hazırda Billinqsdə yaşayan Vahid Ələkbərov, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Elin Süleymanov tərəfindən göstərilib.
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər - FOTO
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb
Moldova Rusiyaya nota verib
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
Belçika ilə Fransa Ukraynaya ilin sonunadək 12 qırıcı təyyarə verəcək
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır
Trampın Çinə səfəri başlayıb
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edib - FOTO
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək
Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Sabah Bakıda 21 dərəcə isti olacaq
Emin Əmrullayev: Əsas prioritetlərdən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1 - FOTO
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
Rusiya ordusu Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq
Qoyun əti üzərinə nişan qoyulması üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır
Sahibkarlar işlənmiş məişət cihazları, mobil telefonlar və heyvan tullantılarını nağd qaydada ala biləcək
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir