Bank Of Baku

Moskvada azərbaycanlı pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edib

Moskvada azərbaycanlı pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edib
# 16 noyabr 2009 08:36 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Moskvada yerləşən Marina Tsvetayeva ev-muzeyində məşhur azərbaycanlı pianoçu Murad Hüseynovun konserti keçirilib. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, Murad Hüseynov konsertdə Azərbaycan, Rusiya və Fransa bəstəkarlarının, o cümlədən Q. Qarayev, T. Quliyev, K. Debüssi, M. Ravel, F. Pulenka, S. Raxmaninovun əsərlərini ifa edib. Konsert “Buta” İncəsənət Mərkəzinin həyata keçirdiyi missiya çərçivəsində baş tutub. 2004-cü ildən həyata keçirilən missiyanın məqsədi Azərbaycan mədəniyyətinə dəstək vermək və populyarlaşdırmaq, qlobal səviyyədə beynəlxalq art-layihələri inkişaf etdirməkdir. Murad Hüseynov həmçinin bu gün Moskva Beynəlxalq Musiqi Evinin Kamera Zalında çıxış edəcək və Şubert və Bramsın əsərlərini ifa edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR