Bank Of Baku

Rasim Ocaqovun 1979-cu ildə çəkdiyi “İstintaq” bədii filmi bərpa olunub

Rasim Ocaqovun 1979-cu ildə çəkdiyi “İstintaq” bədii filmi bərpa olunub
# 17 noyabr 2009 22:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Noyabrın 22-də xalq artisti, dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun 76 yaşı tamam olur.

Görkəmli kinorejissorun ad günü ilə əlaqədar olaraq Dövlət Film Fondu Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Rusiya Dövlət Film Fondunun köməyi ilə Rasim Ocaqovun 1979-cu ildə çəkdiyi “İstintaq” bədii filmini bərpa edib.

Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya bildirib ki, sözügedən filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Rafiq Qəmbərovdur. Baş rollarda Şəfiqə Məmmədova, Aleksandr Kalyagin, Həsən Məmmədov çəkiliblər.

C.Quliyevin sözlərinə görə, filmin bərpa olunmuş variantının yaxın vaxtlarda nümayişinə başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, “İstintaq” filmi vaxtilə SSRİ Dövlət Mükafatına layiq görülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR