Bank Of Baku

Azərbaycan musiqiçiləri Böyük Britaniyada silsilə konsert proqramı ilə çıxış ediblər

Azərbaycan musiqiçiləri Böyük Britaniyada silsilə konsert proqramı ilə çıxış ediblər
# 18 noyabr 2009 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan musiqiçiləri Böyük Britaniyada silsilə konsert proqramı ilə çıxış ediblər. Konsertin əsas iştirakçısı, xanəndə Qoçaq Əsgərov APA-ya səfər çərçivəsində Nyukasl, Brighton, York, London və Kurnool şəhərlərində çıxış etdiklərini bildirib. Konsertdə muğam qrupu və 4 nəfərdən ibarət aşıqlar çıxış edib. Qoçaq Əsgərov deyib ki, əcnəbi dinləyicilər Azərbaycan musiqiçilərini təkrar-təkrar dinləmək üçün alqışlarla səhnəyə dəvət ediblər. Yerli mətbuat Azərbaycan musiqiçiləri ilə maraqlanıb. Q. Əsgərovun sözlərinə görə, BBC radiosu onların səfəri çərçivəsində Azərbaycan musiqisi barədə material verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR