Bank Of Baku

Naxçıvan Dram Teatrında Əkrəm Əylislinin “Yazığam, sevmə məni” əsəri tamaşaya qoyulub

Naxçıvan Dram Teatrında Əkrəm Əylislinin “Yazığam, sevmə məni” əsəri tamaşaya qoyulub
# 18 noyabr 2009 21:15 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov - APA. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq yazıçısı Əkrəm Əylislinin “Yazığam, sevmə məni” əsərinin ilk tamaşası nümayiş etdirilib.

Teatrın direktoru, Azərbaycanın xalq artisiti Kamran Quliyevin APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, müharibə illərində arxa cəbhədə baş verən hadisələrdən bəhs edən tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Səyyad Bayramovdur. Səhnə əsərində əsas rolları əməkdar artist Elmira Kərimova, Bəhruz Haqverdiyev, Günay Qurbanova və başqaları ifa ediblər.

Qeyd edək ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi bundan öncə Anarın “Qaravəlli”, Elçinin “Ah, Paris… Paris…” əsərlərini səhnələşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR