Bank Of Baku

“Bir addım” filmi “Euroshorts 2009” Beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək

“Bir addım” filmi “Euroshorts 2009” Beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək
# 19 noyabr 2009 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Avropanın nüfuzlu kinofestivallarından biri olan “Euroshorts 2009” Beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək. “İmper Qrup” Prodüser Mərkəzindən APA-ya verilən məlumata görə, festivalda 19 ölkənin müxtəlif janrlarda olan 58 filmi mükafatlar uğrunda mübarizə aparacaq. Məlumatda bildirilib ki, post sovet ölkələri arasında Azərbaycan “Euroshorts 2009” kinofestivalında təmsil olunana yeganə ölkədir. Festival noyabrın 13-də Polşanın paytaxtı Varşava şəhərində start götürüb və ilin sonunadək Avropa İttifaqına daxil olan 25 ölkənin iri şəhərlərini gəzəcək. Festivalda Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, Polşa, Çexiya, Slovakiya, Rumıniya və digər ölkələrin filmləri nümayiş olunacaq. Ölkəmizi bu festivalda təmsil edəcək “Bir addım” filmi 2009-cu ildə “İmper Qrup” Prodüser Mərkəzində mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorlar Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadədir.
Filmin bədii rəhbəri əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.

Məlumatda bildirilib ki, 2008-ci ildə təşkil olunan “Euroshorts 2009” Beynəlxalq Kinofestivalının 1 milyona yaxın tamaşaçısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR