Bank Of Baku

Naxçıvanda xalq mahnı və rəqsləri nota köçürülür

Naxçıvanda xalq mahnı və rəqsləri nota köçürülür
# 20 noyabr 2009 23:51 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Naxçıvanda xalq mahnı və rəqsləri nota köçürülür. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, artıq unudulmaqda olan xalq mahnıları, milli rəqslər, yallılar və aşıq havalarının bir qismi sistemli şəkildə nota köçürülüb.

Təşkilat sədri qeyd edib ki, “Gəl-gəl, ay ellər gözəli”, “Çit tuman”, “Naxçıvanın gədiyindən aşaydım” kimi xalq mahnıları, “Sələsüz”, “Cənnəmbər”, “Xanağa”, “Ağır”, “Şərili” kimi yallılar üzərində iş bitib və onlar nota köçürülüb. Qeyd olunub ki, gələcəkdə də bu işlər müntəzəm olaraq həyata keçiriləcək. Toplanan materiallar nəşr edildikdən sonra xalq yaradıcılığı günləri çərçivəsində təqdimatı nəzərdə tutulur.

Xalq rəqsləri və yallı musiqilərinin notlaşdırılması Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq həyata keçirilir. Məqsəd milli musiqimizi, unudulmaqda olan xalq mahnılarının örnəklərini aşkara çıxarıb daha geniş səviyyədə təbliğinə nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR