Bank Of Baku

Lənkəran Dövlət Dram Teatrı Naxçıvanda qastrol səfərində olub

Lənkəran Dövlət Dram Teatrı Naxçıvanda qastrol səfərində olub
# 21 noyabr 2009 08:25 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Naxçıvan Muxtar Respublikasından qastrol səfərindən qayıdıb. Teatrın baş rejissoru Baba Rzayevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, yaradıcı kollektiv ikigünlük səfər müddətində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Gilyermo Fiqeyredonun “Ezop” tamaşası ilə çıxış edib. Naxçıvan sənətsevərlərinin böyük maraqla baxdıqları bu səhnə əsərinin quruluşçu rejissoru İlham Cəfəroğlu, quruluşçu rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur. Tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev, aparıcı aktyorlardan Allahverən Babayev, Miraslan Ağayev ifa ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR